Azərbaycan Nar İstehsalçıları və İxracatçıları AssosiasiyasıKolumbiyada nar bağı salıb. Bu barədə Assosiasiyanın prezidenti Fərhad Qaraşov bu gün jurnalistlərə məlumat verib.
“Kolumbiyada 120 hektar sahədə nar bağı salıb. Bütün şitillər Azərbaycandan gətirilib”, - F.Qaraşov bildirib.
Onun sözlərinə görə, gələcəkdə Assosiasiya digər ölkələrdə də nar bağöları salmağı planlaşdırır.
F.Qaraşov əlavə edib ki, hazırda 28 istehsalçı Assosiasiyanın üzvüdür. “Onlardan 8-i iri, 20-si kiçik istehsalçıdır. İlin sonunadək Assosiasiyanın üzvlərinin sayının 40-a çatacağı gözlənilir”, - o qeyd edib. **
B.Rüstəmbəyov