Dövlət Aqrar Ticarət Şirkəti (DATŞ) ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, memorandumu DATŞ-ın direktoru Leyla Məmmədova və ANİİA-nın sədri Fərhad Qaraşov imzalayıblar.
L.Məmmədova bildirib ki, sənədin əsas məqsədi məhsulların satışında istehsalçılara köməklik göstərməkdir. Bundan başqa, nar məhsullarının istehsalçılarına yaxın vaxtlarda açılacaq yeni marketlər şəbəkəsində məhsullarını satmaq imkanı veriləcək.
“Dövlət Aqrar Ticarət Şirkəti” MMC bu ilin oktyabr ayında ilk mağazasını açmağı planlaşdırır.*
B.Rüstəmbəyov