Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti noyabrın 3-dən Soçi-Bakı-Soçi marşrutu ilə uçuşlara başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.
“Birbaşa reyslər hər həftənin şənbə günü “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək. Təyyarə Soçidən saat 18:30-da (yerli vaxtla) havaya qalxacaq, saat 21:20-də (yerli vaxtla) Bakıya çatacaq”, - deyə məlumatda bildirilir.
Bir istiqamətdə minimal tarif (bütün yığımlar nəzərə alınmaqla) 8,154 min rubldan başlanır.
Biletləri aviaşirkətin saytında və ya aviakassalarda əldə etmək olar.
“Ural Hava Yolları” aviaşirkəti sərnişin daşımalarının həcminə görə Rusiyanın aparıcı aviaşirkətlərindən biridir. 2017-ci ilin yekunları üzrə aviaşirkət tərəfindən 8 mln.-dan çox sərnişin daşınıb.*
N.Abbasova