Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək. Bu barədə nazirliyin məlumatında deyilir.
“P.Şahbazovun Rusiyaya səfəri bu ölkənin energetika naziri Aleksandr Novakın dəvəti ilə həyata keçirilir. Azərbaycanın energtika naziri oktyabrın 3-də “Rusiya enerji həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları” mövzusunda çıxış edəcək”, - deyə məlumatda bildirilir.
P.Şahbazov, həmçinin “Simens” şirkətinin “Rusiya enerji həftəsi”ndə təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq.
Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcəklər.*
N.Abbasova