Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunda avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 4,2 mln. manat ayırmağı tapşırıb.
Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolu on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
Çərşənbə axşamı dövlət başçısının saytında İ.Əliyevin müvafiq sərənxaməı dərc olunub. **
F.İsazadə