“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə dövlət inhisarçısı) 2018-ci ilin yanvar-sentyabr aylarında 16 mlrd. 639 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-sentyabr aylarında “Azərenerji” tərəfindən 16 mlrd. 565 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, cari ilin 9 ayı ərzində hasilat 0,44% artıb.
"2018-ci ilin sentyabr ayında «Azərenerji» 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin sentyabr ayının göstəricisindən 3,6% azdır", - deyə məlumatda qeyd olunur.
2017-ci ildə “Azərenerji” ASC 20 mlrd. 29,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib.*
B.Rüstəmbəyov