Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (“YT Park”) arasında Niyyət Sazişi imzalanıb. Bu barədə ANAMA-dan məlumat verilir.
“Sazişdə əməkdaşlıq pilotsuz uçuş aparatları, dronlar, zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi-mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınması nəzərdə tutulur”, - məlumatda deyilir.
AMEA-nın Yüksәk Texnologiyalar Parkı 2016-cı ildə yaradılıb. Hazırda Parkda 7 rezident fəaliyyət göstərir. **
F.İsazadə