Ermənistanın baş naziri Nikol Paşinyanın istefası və tezliklə növbədənkənar parlament seçkiləri keçirməyə dair qərarı ölkədə hakimiyyətin möhkəmlənməsinə yönəlib. Bunu keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bu gün bəyan edib.
“N.Paşinyan parlamentdə səs çoxluğuna malik olmaq, nüfuzunu artırmaq istəyir. Bütün bunların hansısa geosiyasi oyunlar çərçivəısində baş verməsinə dair narahatlıq var”, - Ermənistan parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri A.Aşotyan jurnalistlərə bildirib.
A.Aşotyanın sözlərinə görə, partiya baş nazirin istefaya getməsi və dekabrda növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair qərarın “onun tərəfindən daha öncə planlaşdırılıb, bu ani qərar olmayıb”.
“O, yalnız hakimiyyət müddətinin uzadılması prosesini sürətləndirməyə çalışır”, - A.Aşotyan vurğulayıb.
O bəyan edib ki, çərşənbə günü Respublikaçılar Partiyası ölkədə daxili siyasi vəziyyətə dair bəyanatla çıxış edəcək. **