Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası ötən çərşənbə axşamı baş nazir Nikol Paşinyanla görüşdə 2019-cu ilin may ayında növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib. Bu barədə partiyanın sədr müavini Armen Aşotyan məlumat verib.
"Baş nazirə seçkilərin 2019-cu ilin mayında keçirilməsi təklif edilib. Bunun üçün Seçki Məcəlləsi ilə bağlı islahatlar aparmaq, beynəlxalq müşahidəçilərə məlumat vermək, qalan partiyalara seçkilərə hazırlıq üçün vaxt vermək, vəziyyəti sabitləşdirmək lazımdır", - deyə A.Aşotyan bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Respublika Partiyası tərəfindən Ermənistanın baş naziri vəzifəsinə namizədin irəli sürülməməsi qərarı " bu paketin bir hissəsi ola bilərdi".
"Baş nazir deyib ki, o, dekabrdan başqa, hər şey haqqında danışmağa hazırdır. Görünür, o, öz siyasi qərarını təqdim etmək üçün çox ağıllı formul tapıb", - deyə sədr müavini qeyd edib.*