Keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası 2019-cu ilin yazında növbədənkənar seçkilərin keçirilməsinə hazırdır. Partiya seçkilərin ilin sonunadək keçirilməsi variantını müzakirə etməyib. Bunu partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bu gün jurnalistlərə deyib.
“Biz seçkiləri yazda keçirməyə hazırıq. Dekabr ayında seçkilərin keçirlməsinə dair heç bir müzakirələr aparılmayıb”, - V.Baqdasaryan bildirib. **