2018-ci il sentyabrın 28-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 534,5 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,7% artıb.
Sentyabrda AMB-nin valyuta ehtiyatları 0,6% və ya $31 mln. artıb.
Xəbər verildiyi kimi, ötən il Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.*
A.Əzizov