Qızılağac Dövlət Təbiət Qoruğun ərazisində qanunsuz ov edən İlqar Səmədovun iki yegeri yaralaması faktı ilə bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb.
Baş Prokurorluğun məlumatına əsasən, Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
“Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, qoruq ərazisində qanunsuz ov edən rayon sakini İlqar Səmədov qoruğun mühafizəçiləri Böyükkişi Qaraşov və Ariz Cəfərovun qanuni göstərişlərinə məhəl qoymayıb məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ov tüfəngindən iki dəfə atəş açıb. Nəticədə yegerlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İ.Səmədov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd edir ki, İ.Səmədov brakonyerlik ilə məşğul olub. **
F.İsazadə