Bakıda evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən il fevralın 4-də rayon ərazisindəki evlərin birindən 2600 manat və 1200 ABŞ dolları, habelə 30.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Kamran Dadaşzadə saxlanılıb”, - deyə məlumatda bildirilir.*
F.İsazadə