Azərbaycan prezidenti İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında
sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Dövlət Turizm Agentliyi bir ay müddətində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək; Qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməık tapşırılıb.
O cümlədən, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təklifləri hazırlamaq tapşırılıb. **
B.Rüstəmbəyov