Oktyabrın 24-də Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyindən (KOTRA) məlumat verilir.
“Oktyabrın 24-də Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək. Görüşdə müxtəlif istiqamətdə fəaliyyət göstərən 8 Koreya şirkətinin nümayəndələri iştirak edəcəklər. Azərbaycanlı tərəfdaşlarla görüş əsnasında əməkdaşlığa dair müxtəlif təkliflərə baxılacaq”, - KOTRA-dan qeyd ediblər.
Həmçinin, KOTRA-dan məlumat verilib ki, görüşdə təmsil olunacaq Koreya şirkətləri avtomobil ehtiyat hissəsləri, estetik avadanlıq, avtomobil lampalatrı üçün məftil, stomatoloji avadanlıq, kosmetik vasitələr, yataq yarasından tibbi preparatların istehsalında ixtisaslaşırlar. **
F.İsazadə