“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Slovakiyanın "Vodohospodаrske Stavby A.S." şirkətindən müxtəlif ölçülü 655 ədəd yük konteyneri alacaq.
“"Vodohospodаrske Stavby A.S.”ADY-nin elan etdiyi müvafiq tenderin qalibi olub. Şirkətlə $3 mln. 953 min 538,25 dəyərində müqavilə bağlanıb", - deyə QSC-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xəbər verildiyi kimi, tender ADY üçün 155 ədəd HC tipli 20 futluq konteynerin, 200 ədəd HC tipli 40 futluq universal konteynerin (ISO) və 300 ədəd HC tipli 45 futluq konteynerin tədarükünü nəzərdə tuturdu.
“Vodohospodаrske Stavby A.S.” şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin baş ofisi Bratislava şəhərində yerləşir.*
N.Abbasova