Beynəlxalq Valyuta Fondu 2019-cu ilin I yarısında Azərbaycan hökuməti ilə Fondun Nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələrin aparılmasına ümid edir.
“Məsləhətləşmələrin dəqiq tarixi Azərbaycan hökuməti ilə hələ də müzakirə olunur. Lakin, hesab edirik, IV maddə üzrə missiya 2019-cu ilin birinci yarısında baş tuta bilər”, - BVF missiyasının Azərbaycan üzrə rəhbəri Məhəmməd əl-Qorçi“İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında BVF hökumətlə IV maddə üzrə son məsləhətləşmələr aparıb.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən ölkə hökuməti BVF-dən borc almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır. **
A.Əzizov