Noyabrın ortalarında Brüsseldə “Şərq tərəfdaşlığı”proqramınınüzvü olan ölkələrin xarici işlərnazirlərinin görüşü keçiriləcək. Bu barədə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin Siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis məlumat verib.
“Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı”nın yüksək səviyəli görüşü keçirilir. Görüşdə proqramınüzvü olan ölkələrin xarici işlərnazirlərinin noyabrın 15-də keçiriləcək görüşünə hazırlıq məsələləri müzakirə olunur”, - D.Daniilidis “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, danışıqlarda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliev təmsil edir.
“O cümlədən, görüşdə “Şərq tərəfdaşlığı”proqramı ilə əlaqədar məsələlər müzakirə olunur”, - D.Daniilidis qeyd edib. **
F.İsazadə