Prezident İlham Əliyev ölkənin 27 şəhər və rayonunda 436 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədi ilə 21 mln. 194,760 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait 2018-ci il dövlət büdcəsindən şəhər və rayon icra hakimiyyətlərinə ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının rəsmi saytında dərc olunub.*
F.İsazadə