Azərbaycan Müdafiə Nazirliyi ölkə ərazisində mövcud olan laboratoriyaların Pentaqonun nəzarəti altında olması barədə Rusiya tərəfinin yaydığı bəyanatı təkzib edib.
"Azərbaycan ərazisində başqa dövlətin nəzarəti altında olan heç bir laboratoriya mövcud deyil. Buna görə onların yenidən qurulmasından da söhbət gedə bilməz", - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər.*
F.İsazadə