Azərbaycan prezidenti İlham Əliyev 10 avqust 2018-ci il tarixində Tacikistan prezidenti Emoməli Rəhmonun Bakıtya səfəri zamanı imzalanan bir sıra hökumətlərarası sənədləri təsdiq edib.
İ.Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaları haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Həmçinin, dövlət başçısı Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında sazişi təsdiq edib.
Bununla yanaşı, İ.Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında protokolu təsdiq edib.
Azərbaycan prezidenti müvafiq fərmanları cüməa xşamı imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir. **
F.İsazadə