5-6 oktyabr tarixində Kuşineuda Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata (GUAM) üzvölkələrin hökumət başçıları səviyyəsində sammiti keçiriləcək.
Gürcüstanın Moldovadakı səfiri Merab Antidze jurnalistlərə bəyan edib ki, sammitdə baş nazirlər nəqliyyat, turizm kimi sahələrdə əməkdaşlıq istiqamətləri, həmçinin dörd ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dərinləşməsinə dair məsələləri müzakirə edəcəklər.
Səfir qeyd edib ki, söhbət “GUAM-ın potensialının beynəlxalq təşkilatlarda təhlükəsizlik və ərazi bütövlüyü problemləri kimi məsələlərdə istifadəsindən” gedəcək.
M.Antidze məlumat verib ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze Kişineuya səfər çərçivəsində moldovalı həmkarı Pavel Filip ilə görüşəcək. **