Milli Məclis bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulmasına görə (AR CM 255-ci maddə) sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyini müxbirinin məlumatına görə, parlamentin HüquqSiyasətivə Dövlət QuruculuğuKomitəsinin sədri Əli Hüseynli Məcəlləyə daxil olunan dəyişikliklər barədə məlumat verib.
Dəyişikliklərə uyğun olaraq, Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma maddəsinin birinci bəndinə əsasən, “Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda 3 min manatdan 6 min manatadək miqdarda cərimə 6-10 min manatadək artırılır.
Bundan başqa, düzəlişlər qüvvəyə minəndən sonra bu bəndi pozanlar 1 il müddətə azadlıqdan məhrum oluna bilərlər. Həmçinin, birinci bənddə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər nəticələrə səbəb olduqda 3 ildən 5 il ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. **
F.İsazadə