"Embafinans BOKT" MMC oktyabrın 8-də 2 mln. manatlıq istiqrazın yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
İstiqrazların tədavül müddəti 365 gün, illik faiz dərəcəsi 10,5% təşkil edir.
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 2 min ədəd istiqraza bölünüb.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” olacaq.
“Embafinans” BOKT 2012-ci ildə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 10 mln. manata bərabərdir. 2017-ci ilin sonuna BOKT-un aktivləri 22 mln. manatı ötür.*
A.Əzizov