Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lotereyalar haqqında” qanuna dəyişikliklər qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Dəyişikliklərə əsasən, 18 yaşına çatmamış şəxslərin lotereyada iştirakı qadağan edilir.
Bundan başqa, lotereyada iştirak könüllü şəkildə olmalıdır.
Dəyişikliklərdə, həmçinin stimullaşdırıcı lotereyaların yalnız tirajlı formada keçiriməsi norması da nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, elektron lotereyaların uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz.
Tiraj komissiyasının üzvlərinin minimal sayında da dəyişiklik edilib. Mövcud qanunvericilikdə onların sayı ən azı 5 nəfər təşkil edirdisə, bundan sonra komissiyanın tərkibi minimum 3 nəfərdən (tək sayda) ibarət ola bilər.*
F.İsazadə