Bakıda SSRİ xalq artisti Müslüm Maqomayev haqqında 8 seriyalı bədii filmin çəkilişlərinə başlanıb. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Məlumata görə, əfsanəvi müğənninin rolunu Rusiya-Serbiya aktyoru Miloş Bikoviç canlandıracaq. O, tamaşaşılara “Duxless2” filmi və “Otel Eleon” teleserialından tanışdır.
Filmin rejissoru - “Zakrıtaya şkola” serialını çəkən Oleq Asadulindir.
M.Maqomayev haqqında film Rusiyanın Birinci kanalının layihəsidir.
Çəkilişlər oktyabrın sonunadək Azərbaycanın paytaxtında davam edəcək. **
F.İsazadə