Azərbaycanda Hərbi Dəniz Qüvvələri komanda-qərargah təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Hərbi dənizçilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim zamanı qərargahlarda Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi üzrə gəmi taktiki qrupların qarşılıqlı fəaliyyətlərinin planlaşdırılması həyata keçirilir və gəmilərin tam döyüşə hazırolma dərəcəsinə gətirilməsi üzrə qərarlar qəbul edilir”, - məlumatda deyilir.
Təlim müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilir. **
A.Əzizov