Baş nazirin müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin olunub. Bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilir.
Bundan əvvəl Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri vəzifəsini sabiq baş nazir Abid Şərifov icra edirdi.
Baş nazir Novruz Məmmədovun müvafiq sərəncamı ilə təhsil nazirinin müavini Firudin Qurbanov komissiya üzvlərinin siyahısına daxil edilib.*