Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri Parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Tədbirə 40-dan artıq ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar.
Toplantıda “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Milli Məclisin sədri çıxış edəcək.
Oktyabrın 8-9-da baş tutacaq səfər çərçivəsində O.Əsədovun müxtəlif ölkələrin parlament nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.*