Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat verilir.
«Göygöl rayonunda «Shacman» markalı yük avtomobilinin aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb”, - deyə məlumatda bildirilir.
FHN-in hadisə yerinə cəlb olunan xilasediciləri tərəfindən Niyazi Verdiyev və Elman İmanovun meyitləri avtomobilin altından çıxarılıb.*