Bu gün Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında elektrik sayğaclarının yanması ilə əlaqədar 14 nəfər bina sakini Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən təxliyə olunub. Bu barədə nazirliyin məlumatında deyilir.
“Doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacının yanması nəticəsində 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.*
R.Babayev