Qəbələ rayonunda baş verən yanğın zamanı 6 nəfər Suriya vətəndaşı yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
“Qəbələ rayonundaərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı6 nəfər yaralanıb, 1995-ci təvəllüdlübir qadın dünyasını dəyişib. Onlar bir ailənin üzvüdür”, - S.Əhmədova bildirib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya çatdırılıblar.
“Onlardan birinə ambulator yardım göstərilib, qalan 5 nəfər - bir kişi, 3 qadın və bir yaşlı uşağa Qəbələ Rayon Mərkəzində müalicə alırlar”, - S.Əhmədova qeyd edib.
Xəsarət alanların bədənlərinin 18-25%-i yanıb.
“Sanitar təyyarə Qəbələyə yola düşüb. Zərurət yaranacağı halda yaralılar Bakıya gətiriləcək”, - S.Əhmədova vurğulayıb. **
R.Babayev