Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunan ərazilərinə səfər edən bir qrup Rusiya vətəndaşlarının adını “arzulounmaz şəxslər” siyahısına daxil edəcək.
“Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbilərlə bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək”, -XİN-dən bildirilib.
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşıAnna Hakopyan Rusiyadan olan bir qrup qadın ilə birlikdə “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
“Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilən mövqeyimizi səsləndirmişik. Sülh istəyənlər müharibəni davam etdirməməli,dir. İnsan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalıdır. Nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər”, - məlumatda vurğulanır.**
F.İsazadə