Azərbaycan prezidenti İlham Əliyevbazar ertəsi “Milan Ekspo 2015” Ümumdünya sərgisində təqdim olunan və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan milli pavilion ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki mili pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub”, - məlumatda deyilir.
2015-ci ilin 5 ayı ərzində “Milan Ekspo 2015” sərgisində Azərbaycanın milli pavilyonunda 3,25 mln.-dan çox izləyici olub.
Həmçinin, “Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi İ.Əliyevə təqdim olundu. Prezident milli pavilyonun tikintisinə başlanılmasına dair müvafiq tapşırıqlar verdi. Eyni zamanda, dövlətimizin başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun da sərgidən sonra sökülərək ölkəmizə gətirilməsi məsələsinə baxılmasına dair tapşırıq verdi. **
R.Babayev