Yanvar-sentyabr aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 71 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 2 min 385,1 km yeni qaz kəməri quraşdırılıb, 182,6 km qaz kəməri əsaslı təmir olunub. Hesabat dövründə aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Qax, Quba, Şabran, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 71 yaşayış məntəqəsi təbii qazla təmin edilib”, - deyə məlumatda bildirilir.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
2017-ci ildə “Azəriqaz” 56 yaşayış məntəqəsinə təbii qaz verib.*
N.Abbasova