“Aqrolizinq” ASC azotvə fosfor-azotgübrələrinin alınmasına 29 mln. 23,6 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, “Aqrolizinq” “GBR Trade” və “Azfert” şirkətləri ilə 29 mln. 23,6 min manat ümumi məbləğində 3 müqavilə imzalayıb.
Eyni zamanda, 8 mln. 610 min manat məbləğində “GBR Trade” MMC ilə imzalanan müqavilə “Aqrolizinq” üçün ammofosfosfor-azot gübrəsinin tədarükünü nəzərdə tutur.
“Azfert” şirkəti ilə 2 mqavilə imzalanıb. Onlardan biri “Aqrolizinq” üçün 18 mln. 292 min manat məbləğində ammiakli selitra(ammoniy nitrat), ikincisi - 2 mln. 121,6 min manat məbləğində karbamid tədarükünü nəzərdə tutur.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis olunub və Kənd Təsərrüfati Nazirliyinin strukturuna daxildir. **
N.Abbasova