Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətlərini genişləndirib.
Müvafiq fərmanın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətlərinə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil etmək, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin etmək daxildir.
Nazirlər Kabineti və Mərkəzi Bank rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi qaydasını üç gün müddətində təsdiq etməlidir.*
F.İsazadə