Beynəlxalq Valyuta Fondu 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,3% səviyyəısində proqnozlaşdırır. Bu barədə Fondun dərc etdiyi yenilənmiş World Economic Outlook icmalında qeyd olunur.
2018-ci ilin aprel ayında VBF cari il üçün Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırırdı.
Fondun qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,6%-dək sürətlənəcək (aprel proqnozu - 3,9%).
Fondun proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2% təşkil edəcək.
2019-cu ildə Azərbaycanda inflyasiya 3,5%-dək (aprel proqnozu - 7%), 2019-cu ildə - 3,3%-dək (aprel proqnozu - 6%) azalacaq. Fond 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırır.
BVF 2018-ci ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 6,6% (aprel proqnozu - ÜDM-in 5,6%-i), 2019-cu ildə - ÜDM-in 8,1% (aprel proqnozu - ÜDM-in 7%-i), 2023-cü ildə - ÜDM-in 9,6% səviyyəsində proqnozlaşdırır.
2018-2019-cu illərdə Azərbaycanda işsizlik göstəricisi 5% səviyyədə qalacaq.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin artımını 2%, 2019-cu ildə - 4%, orta illik inflyasiyanı müvafiq olarq 6,1% və 4,3% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1%, inflyasiya 12,9% artıb, tədiyə balansının profisiti - ÜDM-in 3,5%-ni təşkil edib. **
A.Əzizov