2019-2020-ci illərdə Özbəkistan və Azərbaycan Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb. Bu barədə Özbəkistan DİN-dən məlumat verilir.
Sənədi iki ölkənin Daxili İşlər nazirlikləri arasında Əlaqələndirmə işçi qrupunun birinci iclası çərçivəsində Azərbaycanın daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun, Özbəkistan tərəfdən isə daxili işlər nazirinin birinci müavini, general-mayor Davron Nazarmuxamedov imzalayıblar.
“Tərəflər terrorizm, ekstremizm və qeyri-qanuni miqrasiya ilə mübarizədə informasiya mübadiləsi perpektivlərini müzakirə ediblər. Həmçinin, ölkələr cinayətkarlıqla mübarizə və axtarış fəaliyyəti sahəsində əməkdaşlığı genişləndirmək, nəqliyyatda təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərmək niyyətindərir”, - məlumatda qeyd olunur. **
F.İsazadə
.