"Embafinans BOKT" MMC oktyabrın 8-də 2 mln. manatlıq istiqrazın yerləşdirib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“İstiqrazların tədavül müddəti 365 gün, illik faiz dərəcəsi 10,5% təşkil edir. Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 2 min ədəd istiqraza bölünüb. Bütün emissiyanı istiqrazların alışı üzrə ərizə təqdim edən bir investor alıb”, - BFB-dən qeyd ediblər.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” olub.
“Embafinans” BOKT 2012-ci ildə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 10 mln. manata bərabərdir. 2017-ci ilin sonuna BOKT-un aktivləri 22 mln. manatı ötür.**
A.Əzizov