Azərbaycanın 2019-cu il dövlət büdcəsi layihəsi sosial-investisiya yönümlüdür. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanın 2019-cu il dövlət büdcəsi layihəsi sosial və investisiya yönümlüdür”, - İ.Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan vergi-gömrük sahəsində islahatları davam etdirəcək
Prezident vurğulayıb ki, hazırda regionların inkişafına yönələn yeni dördüncü dövlət proqramı üzərində iş aparılır.
Bütövlükdə, İ.Əliyev cari ilin yanvar-sentyabr aylarında ölkənin sosial-iqtisadi inkişafı səviyyəsindən məmnunluq ifadə edib. O, həmçinin vurğulayıb ki, qarşıya qoyulan bütün vəzifələr icra olunub.
Xəbər verildiyi kimi, hazırda 2019-cu il dövlət büdcəsi layihəsinə Prezident Administrasiyasında baxılır. Oktyabrın 15-dək sənəd Azəırbaycanm parlamentinə təqdim olunmalıdır. **
A.Əzizov