Azərbaycan Milli Məclisin spikeri Oqtay Əsədov Rusiya ilə parlamentlərarası əlaqələrin daha aktiv inkişafının tərəfdarıdır.
“Biz əziz prezidentlərimizə çata bilmirik”, - O.Əsədov oktyabrın 9-da Antalyada keçirilən AvrasiyaÖlkələriParlament SpikerlərininIII Müşavirəsi çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşdə bildirib.
O.Əsədov əlavə edib ki, son dörd ay ərzində prezidentlər Vladimir Putin və İlham Əliyev 4 dəfə görüşüblər.
O, iki ölkə arasında formalaşan əlaqələri yüksək dəyərləndirib. “Bizim Rusiya ilə ən yüksək səviyyədə siyasi və iqtisadi münasibətlərimiz var, biz bunu çox qiymətləndiririk”, - spiker vurğulayıb.
Milli Məclisin sədri qeyd edib ki, 2018-ci ilin 7 ayı ərzindəö iki dövlət arasında ticarət dpvriyyəısinin həcmi $1,5 mlrd.-a çatıb.
Öz növbəsində, V.Volodin qeyd edib ki, RF Dövlət Duması və Milli Məclis arasında yüksək səviyyəli Parlamentlərarası Komisiyanın təşkili üzərində iş son mərhələdədir.
“Yüksək səviyyəli Komisiyanın yaradılmasına dair sənədlərin imzalanması tarixini qrafiklərimzdə qeyd etməliyik. Bu sizin rəsmi səfəriniz çərçivəsində mümkündür - mən sizi dəvət edirəm”, - Dövlət Dumasının spikeri bildirib.
V.Volodinin Azərbaycana ilk rəsmi səfəri zamanı RF Dövlət Duması və Milli Məclis arasında yüksək səviyyəli Parlamentlərarası Komisiyanın təşkilinə dair razılıq əldə olunub. **
R.Babayev