Türkiyənin “Turkish Airlines” aviaşirkətiAzərbaycan Turizm Assosiasiyasının (AzTA) tamhüquqlu üzvü oldu. Bu barədə AzTA-nın məlumatında deyilir.
“Aviaşirkətin üzvlüyü ilə bağlı danışıqlar bir müddət davam edib. Nəticədə, “Turkish Airlines” AzTA-nın tamhüquqlu üzvü olub”, - məlumatda qeyd olunur.
“Turkish Airlines” şirkəti AZAL-dan sonra Assosiasiyanın üzvü olan ikinci şirkət oldu.
“Əminəm ki, “Turkish Airlines” Azərbaycanda turizmin inkişafına töhfə verəcək”, - məlumatda AzTA-nın rəhbəri Nahid Bağırovun sözlərindən sitat gətirilir.
“Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas öz növbəsində qeyd edib ki, şirkət Azərbaycanda turizmin inkişafında bundan sonra da fəal iştirak etmək niyyətindədir. **
N.Abbasova