Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.
“Oktyabrın 12-də Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Z.Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
İclasın gündəliyinə 20 məsələ daxildir. İclasda xüsusilə Mərkəzi Asiya regionundakı vəziyyət, beynəlxalq terrorla mübarizə, Birlik ölkələri arasında hərbi əməkdaşlığın inkişaf istiqamətləri və s. məsələlərin müzakirə olunması planlaşdırılır.
Bundan başqa, MDB ölkələrinin Silahlı Qüvvələrinə məxsus aviasiyanın uçuşlarının təmin olunması, vahid dövlət radiolokasiya tanıma sisteminin inkişaf konsepsiyasının həyata keçirilməsi sahəsində əməkdaşlıq, hərbi təhsil sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirəyə çıxarılacaq.*
R.Babayev