MDB İcraiyyə Komitəsinin sədri–icra katibi Sergey Lebedev bəyan edib ki, Müstəqil Dövlətlər Birliyiinin Düşənbədə keçirilən sammitində Azərbaycan və Ermənistan liderlərinin üzbəüz görüşü Dağlıq Qarabağda gərginliyi azaldıb.
“Nümayəndə heyətlərinin rəhbərləri - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın (ötən sammitdə - İF) dəfələrlə biri-birinə yaxınlaşaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələni müzakirə etdiklərinin şahidi oldum. Nəticə göz qabağındadır - hazırda münaqişə bölgəsində gərginlik bir qədər azalıb”, - S.Lebedev nu gün Minskdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hər iki dövlətin səlahiyyətli strukturlarına gərginliyin azalmasına dair müvafiq göstərişlər verilib.
“Ümid edirik ki, iki ölkə liderinin ilk məzmunlu təması davam edəcək və bu münaqişənin həlli üçün müsbət nəticələr verəcək”, - S.Lebedev vurğulayıb. **