2018-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya avqust ayında qeydə alınmış 0,9%-ə qarşı 0,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.“Sentyabr ayında inflyasiya 0,2% təşkil edib. Ərzaq mallarının qiyməti 0,4%, qeyri-ərzaq mallarının qiyməti 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,1% bahalaşıb”, - deyə məlumatda bildirilir.
Sentyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,6%-dək (2018-ci ilin avqust ayının sonuna 2,7%) azalıb. Bu dövrdə ərzaq məhsullarının qiymətləri üzrə orta illik inflyasiya 2,5%, qeyri-ərzaq mallarının qiymətləri 3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5% təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib.*
N.Abbasova