ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent hesab edir ki, Rusiya və İran öz hərəkətləri ilə regional təhlükəsizliyə zərər vururlar.
“Rusiya və İran öz fəaliyyətləri ilə regional təhlükəsizliyi pozurlar. Bu səbəbdən, ABŞ hökuməti onlara qarşı sanksiyalar tətbiq edib”, - C.Kent bu gün Bakıda brifinqdə bildirib. **
F.İsazadə