Azərbaycanda sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun xətti sahibkarlıq subyektlərinə 5,3 mln. manat güzəştli kredit verilib.Bu barədə İqtisadiyyat Nazilriyindən məlumat verilir.
2018-ci ilin oktyabr ayında SİF xətti ilə sahibkarlara kreditlərin verilməsinə başlanıb. Kreditlər 5 min manatdan 50 min manatadək (3 il müddətinə, 50 min manatdan 1 mln. manatadək (5 il müddətinə) və 1 mln. manatdan 10 mln. manatadək (10 il müddətinə) verilir. Kreditlər üzrə dərəcə - illik 5% təşkil edir.
“Artıq yeni qaydalarla müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 5,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqroparkın, müasir istixana və heyvandarlıq komplekslərinin yaradılmasına, tikinti materialları, mebel, çörək istehsalı, quşçuluq, bağçılıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək”, - məlumatda deyilir.
Bu layihələrin kreditləşməsi 200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək.
Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117,3 mln. manat güzəştli kredit verilib. **
N.Abbasova