Oktyabrın 10-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışında iştirak edib. Bu barədə Müdafiə Nazilrlyindən məlumat verilir.
Laboratoriyada Azərbaycan Ordusunun şəxsi heyəti üçün tədarük edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının müayinəsi aparılır. Xüsusi ayrılmış otaqlarında qida məhsullarının fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinəsi həyata keçirilir, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir.
Sonra müdafiə naziri Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarları ərazisində yeni inşa edilmiş saxlanclara da baxış keçirib.Z.Həsənov Azərbaycan Ordusunun şəxsi heyəti üçün nəzərdə tutulmuş ərzaq və əşya əmlakının etalon nümunələrinə baxıb. **
N.Abbasova