Ekologiya və Təbii Sərvətlər Nazirliyi kompleks monitorinq laboratoriyasının yaradılması ilə əlaqədar avadanlıq və inventarın tədarükçüsünü seçir. Bu barədə nazirliyin elanında deyilir.
Seçim iki lotdan ibarət açıq tender metodu ilə keçirilir: lot 1 - modul tipli laboratoriya binasının alınması və quraşdırılması işləri, analitik tədqiqatlar laboratoriyaları üçün cihaz və avadanlıqlar, müxtəlif inventar və reaktivlər; lot 2 - Nəqliyyat vasitələrinin satın alınması.
Lot 1-də iştirak haqqı 350 manat, lot 2-də - 50 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün təkliflərini noyabrın 22-si saat 17:00-a qədər təqdim etməlidirlər.
Telefon: 539-18-10, əlaqələndirici şəxs: Nəsib Orucov.*
N.Abbasova